Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında respublikanın müdafiə şurasının iclasını çağırıb.

İqtisadiyyat.az "Agence France-Presse"ə istinadən xəbər verir ki, buna səbəb Moskva yaxınlığındakı "Crocus City Hall"da baş verən terror aktıdır.

Görüş yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə 22:30) başlayıb, terror aktı və onun nəticələrinə həsr olunub.