"Fransa 2027-ci ilə qədər elektrik enerjisi istehsalında kömürdən tamamilə imtina edəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron "TF1" və "France 2" telekanallarına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Fransa Avropada bu qalıq yanacaqdan imtina edən ilk ölkə olacaq: "Fransa artıq karbon qazı emissiyasını yarıya qədər azaldıb. Ölkə kömürdən mərhələli şəkildə imtina edəcək".

 

Gözəl Həşimova