Fransa prezidenti Emmanuel Makron fransalı fermerlərin etirazları zamanı İsveçə iki günlük səfərə gedib.

Bu barədə İqtisadiyyat.az "Euractiva" istinadən xəbər verir.

Məlumata görə, Makron Fransanın Baş naziri Qabriel Attalın ölkə parlamentində çıxışından bir qədər əvvəl Stokholmda İsveçin Baş naziri Ulf Kristersson ilə mətbuat konfransında çıxış etməlidir .

Fransa prezidenti bildirib ki, ölkə liderləri yeni ikitərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalayacaqlar.

 

Gözəl Həşimova