Fransa prezidenti Emmanuel Makron İsrailin Baş naziri Binyamin Netanyahu vəzifəsində qaldığı müddətdə onunla işləmək niyyətində olduğunu bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Makron TF1 və "France 2" telekanallarına müsahibəsində bildirib.

"Netanyahu üçün beynəlxalq həbs orderi tələb olunmasına baxmayaraq, o, İsrailin baş naziri olaraq qaldığı müddətdə onunla dişləyəcəm", - Makron qeyd edib.