"Dünya yeni geosiyasi və iqtisadi əsrə daxil olub. Bu yeni dövrdə Türkiyənin rolu daha böyükdür. Bu, təkcə Macarıstan üçün deyil, həm də Avropanın təhlükəsizliyi üçün çox vacibdir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Macarıstanın Xarici və Xarici Ticarət naziri Peter Szijjarto deyib.

Szijjarto Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşündən sonra təşkil edilən ortaq mətbuat konfransında danışıb.

Szijjarto qeyd edib: "Bu yeni dövrdə Türkiyənin rolu hər zamankından daha böyükdür, çünki Türkiyənin əhəmiyyəti təkcə Macarıstan üçün deyil, bütün Avropanın təhlükəsizliyi baxımından vacibdir. Baxsaq həm fiziki, həm də enerji təhlükəsizliyi məsələlərini görə bilərik”.

Szijjarto Türkiyənin dünyanın ən böyük 10 iqtisadi gücü olmaq üçün böyük addımlar atdığını və ölkəsinin Türkiyə ilə birlikdə addımlamasının vacib olduğunu vurğulayıb: “Əgər bu qədər güclü bir ortaqlıq etməsəydik, o zaman böyük bir səhv iş görərdik. Çünki Türkiyə qısa müddətdə dünyanın ən güclü 10 ölkəsindən biri olacaq".