ABŞ-nin məşhur loto oyunu olan "Mega Millions"da tarixi bir gün yaşanıb. 

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, dünən keçirilən tirajda lotoreya tarixinin ən böyük cekpotu udulub. Söhbət ​​1.58 milyard dollardan gedir. Cekpotun Floridadan olan bir nəfər tərəfindən udulduğu bildirilsə də, şəxsin kimliyi açıqlanmayıb. Qalibin təhlükəsizlik səbəbi ilə anonim saxlanıldığı bildirilir. Şanslı nömrələr 13, 19, 20, 32, 33 olub və "qızıl Meqa nömrə" 14 seçilib.

Şanslı şəxsin məbləği əldə etmək üçün iki variantı var. Ya tam məbləği illik ödəmə şəklində 29 il ərzində əldə edə bilər. Ya da birdəfəlik ödəmə ilə pulunu götürə bilər. Bu zaman bütün vergilər çıxılır və qalibə birdəfəlik 783 milyon dollar ödənilir.

Maraq üçün qeyd edək ki, daha əvvəl "Mega Millions"da ən böyük uduş 1.5 milyard dollar olmuşdu. Bu yarışda cekpot ən son bu ilin 18 aprelində qazanılmışdı. O tarixdən dünənki günə qədər cekpot dövr edirdi.