Böyük Britaniya Ukraynanı dəstəkləməkdə davam edir və onu dəstəkləmək niyyətindədir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin başçısı Rişi Sunak Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığında bildirib.

"Baş nazir söhbətə Böyük Britaniyanın Ukraynanı dəstəkləməkdə sarsılmaz öhdəliyini bir daha təsdiqləməklə başladı", - Baş nazirin ofisindən verilən açıqlamada deyilir.

Sunak həmçinin qeyd edib ki, tərəflər Xarkov vilayətindəki vəziyyəti və Ukrayna üzrə iyunun 15-16-da İsveçrədə keçiriləcək sülh konfransını müzakirə ediblər. 

"Baş nazir beynəlxalq ictimaiyyətin Ukraynanı dəstəkləməkdə davam etməsinin indi həmişəkindən daha vacib olduğunu təkrarladı, o, bu mövzunun gələn həftə keçiriləcək G7 liderlərinin görüşündə müzakirə olunmasını səbirsizliklə gözlədiyini söylədi", - məlumatda deyilir.