"Chevron"un Avstraliyadakı mayeləşdirilmiş təbii qaz (LNG) obyektlərində işləyən işçilər tətillərini genişləndirmək niyyətindədirlər.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, "Gorqon" və "Wheatstone" obyektlərində çalışan işçilər "Chevron"la aparılan danışıqların nəticəsiz qalmasından sonra 6 gündür qısa müddət ərzində etiraz aksiyası keçirirlər. 

Bu vəziyyətin qlobal LNG tədarükünün 5%-dən çoxunu təşkil edən obyektlərdə istehsalın dayandırılması riskini artıracağı gözlənilir. 

İşçilərin tətili ilə bağlı "Goldman Sachs" açıqlama verib ki, 24 saat davam edəcək tətillər tədarük riski yaradır. Lakin təbii qaz qiymətlərinin bahalaşacağı gözlənilmir.

Gülşən Şərif