Liviyada baş verən təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 7 minə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Liviya Nümayəndələr Palatasının rəsmi nümayəndəsi Abdulla Blayhak "Əl-Qahera" telekanalına bildirib.

O qeyd edib ki, daşqınlar nəticəsində ölkənin ən çox zərər çəkən bölgəsi Derna şəhəri olub.

Qeyd edək ki, bazar günü "Daniel" siklonunun səbəb olduğu güclü yağışlar Liviyanın şərqindəki bir sıra şəhər və qəsəbələrdə, o cümlədən Əl-Bayda və Dernada sel və daşqınlara səbəb olub. Güclü yağışlar səbəbindən bölgədə hava limanları və dəniz limanları bağlanıb. Ölkənin şərqindəki Sus və Derna şəhərləri təbii fəlakət zonası elan edilib. Daşqından zərər çəkmiş şəhərlərdə komendant saatı tətbiq edilib.