Liviyada "Daniel" qasırğası və güclü leysanın yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 8 mini ötüb.

İqtisadiyyat.az "Əl Ərəbiyyə" telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Nümayəndələr Palatası məlumat yayıb.

Məlumata görə, ölkənin şimal-şərqində təbii fəlakət nəticəsində 10 mindən çox insan itkin düşüb.

Əlavə edək ki, Liviyada daşqınlara sentyabrın 10-da ölkəni vuran "Daniel" qasırğası səbəb olub.

 

Gözəl Həşimova