Litvanın Belarusla sərhədində 1350-dən çox yük maşını növbə gözləyir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Litvanın Nəzarət Məntəqələri Direktorluğu məlumat yayıb.

Avtomobil nəqliyyatı üçün fəaliyyət göstərən dörd nəzarət-buraxılış məntəqəsində 1352 ağır yük maşını toplanıb. Keçid müddəti 49 ilə 87 saat arasında dəyişir.

Məlumata görə, ən böyük növbə Medininkay kəndindəki ən məşhur keçid məntəqəsində yaranıb.

 

Gözəl Həşimova