Litvada NATO-nun yeddi ölkəsindən 3,7 min nəfərə yaxın hərbi birləşmələrin iştirakı ilə "Geležinis Vilkas" ("Dəmir Qurd") iri beynəlxalq təlimlər başlayır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təlimdə tanklar, piyadaların döyüş maşınları, özüyeriyən artilleriya qurğuları və zirehli transportyorlar da daxil olmaqla 500-ə yaxın texnika iştirak edir.

Bildirilib ki, bu təlim, Litva üçün ən böyük beynəlxalq taktiki təlimlərdən biridir. Təlim 2 həftə davam edəcək və orada Belçika, Lüksemburq, Niderland, Norveç, ABŞ və Çexiyadan olan 3,7 minə yaxın hərbçi iştirak edəcək.

 

Gözəl Həşimova