Litvanın planlaşdırdığı mülki müdafiə sisteminin inkişafı üçün 2030-cu ilə qədər 285 milyon avro xərc tələb olunacaq.

 İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.

Beləliklə, 2 milyon 889 min nəfər əhalisi olan ölkənin hər sakini üçün bu müddət ərzində mülki müdafiəyə təxminən 100 avro xərclənəcək.

Bundan əlavə 2030-cu ilə qədər 1,9 min sığınacaq tikmək planlaşdırılır. Hazırda 4,2 min belə məntəqə var. Onlar təxminən 1 milyon insana və ya əhalinin 38%-nə sığınacaq verir.

Hökumət yerli hakimiyyət orqanlarına sakinlərin 60%-ni şəhərlərdə, 40%-ni isə kənd yerlərində sığınacaqla təmin etmək vəzifəsini qoyub.

 

Gözəl Həşimova