“Partnyor ölkələrin iqtisadiyyatında və maliyyə sistemində baş verən proseslər daim Azərbaycan Mərkəzi Bankının (AMB) diqqət mərkəzindədir.”

Bunu AMB-nin sədri Elman Rüstəmov bildirib.

"Ölkədə makroiqtisadi sabitlik, o cümlədən valyuta bazarında tarazlıq qorunur və dollarlaşmanın azalması müşahidə edilir. Neftin dünya qiymətinin artmağa meyl göstərməsitədiyyə balansını və gözləntiləri yaxşılaşdırmaqla valyuta bazarında sabitliyə müsbət təsir edir. Qeyd olunanları nəzərə alaraq Türkiyə lirəsinin ucuzlamasının Azərbaycan manatının məzənnəsinə təsiri gözlənilmir. Valyuta bazarında tarazlığı və mövcud mövcud makroiqtisadi sabitliyi qorumaq üçün ölkənin kifayət qədər maliyyyə resursları var",- deyə o, qeyd edib.