Yaponiyanın cənub-qərbindəki Kyuşu bölgəsində yağan güclü yağışlardan sonra 360 min insan üçün təxliyə çağırışı edilib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Məlumata görə, Kyuşu bölgəsində leysanların tez-tez yağmasından sonra ictimaiyyətə müraciət edilib. Kumamoto əyalətində isə güclü yağışlardan sonra körpü uçub. Bundan əlavə, əhaliyə sürüşmə və daşqınların olacağı ilə bağlı xəbərdarlığı edilib.