Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində ekoloji mühitin qorunması məqsədilə keçirilən növbəti nəzarət tədbirlər zamanı qanunsuz olaraq ağac kömürü istehsal edilən kömür quyusu aşkar edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan İqtisadiyyat.az-a verilən məlumata görə, qanunsuz kömür istehsal edən şəxsin rayonun Daster kənd sakini İ.Abdullayev olması müəyyən edilib.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib, qanunamüvafiq qaydada tədbirlər görülüb.