Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran Şəhəri yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

İqtisadiyyat.az Nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.