Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində nəzarət edilməyən çimərlikdə batmaq üzrə olan 3 nəfərdən ikisi xilas edilib, bir nəfərin axtarışları isə davam etdirilir.

İqtisadiyyat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc xilasedicilərinin ərazidə apardıqları axtarış işləri nəticəsində Lerik rayon Ambu kənd sakinləri - 16 yaşlı Asiman Quluzadə və 22 yaşlı Sadiq Cavad oğlu Rufullayev xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Dənizdə batan Lerik sakininin meyiti tapılıb. Batan şəxs Lerik rayonunun Bırkandul kənd sakini İsa Əliyevdir.

Meyitə baxış keçiriləndən sonra aidiyyəti üzrə təhvil veriləcək.