"Xəzər dənizində əməkdaşlıq yüksək səviyyəyə çatıb və Xəzər Şurasının yaradılması onu daha da irəli apara bilər".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı dövlətlərin - Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirləri ilə görüşündə deyib.

“Bu gün biz əminliklə deyə bilərik ki, Xəzər dənizində əməkdaşlıq yüksək səviyyəyə çatıb, lakin beştərəfli qarşılıqlı fəaliyyətin keyfiyyətinin yaxşılaşdırılması və onun beynəlxalq hüquqi əsaslarının möhkəmləndirilməsi üçün əlavə səylər tələb olunur”, - deyə Lavrov bildirib.

 

Gözəl Həşimova