Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Fələstin və İsrail arasında tezliklə atəşkəs əldə olunmasının tərəfdarı olduqlarını bildiriblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nazirlər arasındakı telefon danışığının yekunlarına dair məlumatda deyilir.

"Xarici siyasət idarələrinin rəhbərləri Fələstin-İsrail münaqişəsinin kəskinləşməsini vurğulayaraq, Yaxın Şərqin cari gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar. Silahlı qarşıdurmaya tezliklə son qoyulmasının və vəziyyətin beynəlxalq hüquq əsasında həllinin vacibliyi vurğulanıb", - deyə nazirlikdən bildirilib.