Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Suriya məsələsində Türkiyə ilə razılaşmalardakı bütün öhdəlikləri hələ də yerinə yetirməyib.


İqtisadiyyat.az xəbər verir ki, Lavrov Rusiyanın 2022-ci ildəki diplomatik fəaliyyətinə dair mətbuat konfransında gündəmdəki məsələləri dəyərləndirib.

Bu gün Ukraynada baş verənlərin ABŞ-ın uzun illərdir Rusiyaya qarşı hazırladığı qlobal və hibrid müharibənin nəticəsi olduğunu dilə gətirən Lavrov, "Avropa müstəqilliyini itirib. NATO və AB-nin birgə bəyannaməsi avropalıları belə bir vəziyyətə salıb. Birbaşa Şimali Atlantika Alyansına tabedir”.

Qərbin Rusiyaya qarşı Ukraynaya geniş dəstəyini qeyd edən Lavrov deyib: “Qərb tərəfdaşlarımız ağızlarından köpük çıxanda, Rusiya ilə müharibə vəziyyətində olduqlarını inkar edəndə, Ukraynaya təcavüzlə mübarizə aparmağa və ərazi bütövlüyünü bərpa etməyə kömək etdiklərini deyəndə hiyləgərlik nümayiş etdirirlər."

Lavrov vurğulayıb ki, Rusiya ilə Qərb ölkələri arasında münasibətlər bundan sonra əvvəlki kimi olmayacaq.