ABŞ və Avropa çox vaxt öhdəliklər götürür və onları yerinə yetirmir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi müzakirəsində deyib.

"Dünyanın qalan hissəsinə yuxarıdan aşağı baxmağa öyrəşmiş amerikalılar və avropalılar tez-tez vədlər verir, öhdəliklər, o cümlədən yazılı və qanuni öhdəliklər götürür, sonra isə onları sadəcə yerinə yetirmirlər”.