Laçın rayonunda daha 100-dək ailənin məşğulluğuna dəstək işlərinə başlanıb

Bu barədə İqtisadiyyat.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Bildirilib ki, "Böyük Qayıdış" proqramı üzrə Laçın şəhərinə köçürülən ailələrdən daha 100-ə yaxını ilə görüş keçirilib, həmin ailələrin üzvlərinin məşğulluq imkanlarının müəyyənləşdirilməsi istiqamətində ilkin söhbətlər aparılıb.

Aktiv məşğulluq proqramları (özünüməşğulluq proqramı, peşə hazırlığı kursları, işədüzəltmə tədbirləri və s.) barədə onlara məlumatlar verilərək, bu proqramlar çərçivəsində onların məşğulluğuna dəstək işlərinə başlanıb. Ümumilikdə Laçına köçürülmüş ailələrdən artıq 150-yə yaxını ilə görüşülərək məşğulluq imkanlarının qiymətləndirilməsi aparılıb və nəticəsinə uyğun məşğulluq tədbirləri həyata keçirilir.