Küveytin şərqində yerləşən Mina əl-Əhmedi neft emalı zavodunda neft xətlərindən birində yanğın başladığı bildirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Küveyt Milli Neft Şirkətinin sözçüsü və yanacaq tədarükü əməliyyatları üzrə vitse-prezident Qənim əl-Uteybi "Twitter" hesabında paylaşım edib.

O, Mina əl-Əhmədi neft emalı zavodunda neft xətlərindən birində baş verən yanğına müdaxilə edildiyini və hadisələrlə bağlı ictimaiyyətə məlumat veriləcəyini bildirib.

Bildirilir ki, Mina əl-Əhmədi neft emalı zavodu gündə 466 min barel emal gücü ilə Küveytin ən qədim və ən böyük neft emalı zavodlarından biridir.