“Rusiyanın Kursk vilayətində aerodroma PUA hücumu nəticəsində yanacaq anbarında yanğın olub”.

İqtisadiyyat.az RBK-ya istinadən xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoy bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Bildirilib ki, hadisə yerində xüsusi xidmət orqanlarının əməkdaşları fəaliyyət göstərir.