2024-cü il yanvarın 1-dən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik Qazaxıstan Respublikasına keçib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun məlumatında bildirilib.

KTMT 2024-cü il üçün Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistanda 7 birgə hərbi təlim keçirməyi planlaşdırır.

KTMT-nin builki prioritetlərinə beynəlxalq terrorizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq, BMT və onun strukturları, Müstəqil Dövlətlər Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi daxildir.