"Şimali Koreya lideri Kim Çen İnin Rusiyaya səfəri gözlənilir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfər Vladimir Putinin dəvəti ilə baş tutacaq.

"Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Koreya Xalq Demokratik Respublikasının dövlət məsələləri üzrə sədri Kim Çen İn yaxın günlərdə Rusiya Federasiyasına rəsmi səfər edəcək", - məlumatda deyilir.

*** 20:04

Şimali Koreya lideri Kim Çen İn Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya səfər edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Məlumatda yer və saat barədə əlavə informasiya verilməyib. 

Digər tərəfdən, Yonhap-ın Cənubi Koreya hökumətinin yüksək rütbəli rəsmisinə əsaslanaraq verdiyi xəbərə görə, Kim Çen İni daşıyan qatar artıq yola düşüb.

“Mən bilirəm ki, kəşfiyyat rəsmiləri Kim Çen İni daşıyan qatarın Vladivostoka doğru getdiyini aşkar ediblər”, - deyə rəsmi bildirib. 

Kimin Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumuna qatılacağı təxmin edilir.