Qismən tanınan Kosovo hakimiyyəti 2022-ci ilin noyabrında Avropa İttifaqına (Aİ) üzvlük üçün ərizə hazırlayıb. Ölkə dekabrın 15-də Aİ-yə daxil olmağı planlaşdırır.

Bu barədə Kosovo Radio Televiziyası məlumat yayıb.

Bildirilir ki, Kosovo əhalisinin 90%-dən çoxunun təşkilata daxil olmağı dəstəkləyir.

Ərizəyə əsasən, Aİ-yə üzvlük respublika üçün strateji məqsəddir. Kosovo hakimiyyəti hesab edir ki, Aİ-yə daxil olmaq barədə qərarı respublikanın müstəqilliyini tanımayan ayrı-ayrı ölkələr deyil, təşkilatın özü verəcək.

Bu günə qədər Kosovonu 60-dan çox ölkə, o cümlədən Aİ üzvləri - İspaniya, Kipr, Yunanıstan, Slovakiya və Rumıniya tanımır.