Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun "omikron" ştamının yeni variantının - "EG.5"in dünyada sürətlə yayılmasını elan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun hesabatında deyilir.

ÜST hesab edir ki, koronavirus infeksiyasının bu variantının aktiv şəkildə yayılmasına baxmayaraq, dünya əhalisi üçün böyük risk yaratmır.

Əlavə edək ki, "EG.5" ştammı ilk dəfə bu ilin fevralın 17-də qeydə alınıb.

 

Gözəl Həşimova