Yapon alimləri koronavirusun öskürək və asqırma yolundan başqa da yayılma üsulunun olduğunu açıqlayıblar.

Yeniavaz.com xəbər verir ki, mütəxəssislər virusun bu qədər sürətli yayılmasının səbəbinin havada asılı qalan mikro damcıların olduğunu bildiriblər. Yaponiya İnfeksiya Xəstəlikləri Agentliyinin sədri Kazuhiro Tateda, virusun nəfəs yolu ilə ötürüldüyünü və insanların bir-birindən müəyyən bir məsafədə dayanmasına baxmayaraq yayıldığını qeyd edib: “Bu vəziyyət adi damcıların səbəb olduğu infeksiyalarla müqayisə edilə bilməz. Hesab edirik ki, infeksiyalar mikro damcılardan qaynaqlanır. Bu yayılma mexanizmini mikro damcı infeksiyası da adlandıra bilərik”.

Bildirilir ki, bu virusun qapalı və zəif havalandırılan məkanlarda mikro damlacıqlarla yayılması daha asandır. 10 nəfərlik bir otaqda bir nəfərin asqırması nəticəsində ətrafa 100 min damcı yayıldığı qeyd olunub. Ətrafa yayılan makro damcılar bir dəqiqə ərzində yerə düşərkən, mikro damcılar 20 dəqiqədən çox havada qalır. Virusdaşıyıcısı olan şəxs danışarkən və nəfəs aldığı zaman da ağızdan mikro damcıları çıxır. Bir saatdan bir otağı havalandırmaq lazım olduğunu deyən elm adamları, pəncərələri açdığımızda mikro damcıların tez dağıdığını və nəticədə yox olduğunu vurğulayıblar.