Rusiyalı alimlər koronavirus və piylənmə arasında əlaqəni müəyyən ediblər.

Bu barədə “İzvestiya” xəbər yayıb.

Məlumata görə, yoluxucu və xroniki xəstəliklər zamanı bədən kütləsi indeksi insanın yaşaması ilə birbaşa əlaqəlidir: indeks nə qədər yüksək olsa, ürək-damar xəstəliyi və ya ikinci tip diabet xəstəliyinə tutulma ehtimalı bir o qədər çox olar. Virusoloqlar və dietoloqlar piylənmə ilə bağlı problemi olan insanlarda COVID-19 epidemiyasının gedişatının daha ağır olacağını düşünürlər.