İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov "X"də paylaşım edib.
“İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə KOBİA-nın Müşahidə Şurasının iclasında fəaliyyətimizə dair məlumat verdik, gələn ilin prioritetlərini müzakirə etdik. Şuranın üzvləri həmçinin Bakı KOB evinin fəaliyyətilə tanış olub, KOBİA-nın kollektivi ilə görüşüb”, - paylaşımda qeyd olunub.