Gürcü-Amerika münasibətləri əvvəlki illərdə xeyli zədələndiyi üçün yenidən nəzərdən keçirilməlidir.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze məlumat verib. 

"Mən bilmirəm niyə 2020-2021-ci illərdə, sonra isə 2022-ci ildə iki dəfə inqilab cəhdi olub. Bu cəhdlərin nə üçün olduğunu bilmirəm, amma fakt odur ki, ABŞ-nin Tbilisidəki səfiri o illərdə çox şeyi korladı, çox şey korlandı və bunu düzəltmək lazımdır. Onların iştirakı ilə pozulan gürcü-amerikan münasibətlərinə yenidən baxılmalıdır", - Kobaxidze bildirib.