Ukrayna prezidenti Volodimir Zelenski gələn həftə İsrailə səfər edə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.

Kanalın diplomatik mənbələrdən aldığı məlumata görə, Zelenskinin mümkün səfəri ilə bağlı İsrail və Ukrayna arasında yüksək səviyyəli təmaslar davam edir. Danışıqların təfərrüatları hələ açıqlanmayıb, lakin Kanal 12-nin məlumatına görə, Ukrayna prezidenti İsrailə bazar ertəsi və ya çərşənbə axşamı, noyabrın 6 və ya 7-də gələ bilər.

Səfər zamanı Zelenskinin baş nazir Binyamin Netanyahu da daxil olmaqla İsrailin siyasi liderləri ilə görüşü gözlənilir.

Telekanal bildirib ki, təxminən iki həftə əvvəl Zelenski Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda İsrail dövləti ilə həmrəylik əlaməti olaraq bu ölkəyə gəlmək arzusunu artıq ifadə etmişdi.