Misir Qəzza zolağına humanitar yardım çatdırmaq üçün müvəqqəti atəşkəs tətbiq etmək təşəbbüsü ilə çıxış edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Telekanalın sözlərinə görə, Qahirə altı saatlıq humanitar atəşkəs elan etməyi təklif edir. Misirin “Əl-Qahera-24” xəbər portalının təhlükəsizlik mənbələrinə istinadən verdiyi məlumata görə, Misir Birləşmiş Ştatlar ilə anklav və Ərəb Respublikası sərhədindəki yeganə sərhəd keçid məntəqəsi olan Rəfah keçid məntəqəsi vasitəsilə Qəzza zolağına yardım çatdırmaq planlarını müzakirə edir.