İsrail ordusu Qəzza zolağının Misirə açılan Rəfah Sərhəd Qapısı ətrafındakı ərazini hədəfə alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" Fələstinli mənbələr və şahidlərə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail ordusu Rəfahın ətrafını vurub.

Nəticədə Qəzzaya yardım etmək üçün yola çıxan və Rəfah Sərhəd Qapısında gözləyən yanacaq və digər ehtiyacları daşıyan yük maşınları oradan ayrılıb.

İsrail ordusunun sözçüsü məsələ ilə bağlı daha sonra açıqlama verəcəyini bildirib.

İsrail mərkəzli "Channel 12" televiziyasının "X" sosial media platformasında paylaşdığı xəbərə görə, Təl-Əviv bundan əvvəl Misirə, "Qəzzanı təmin etsəniz, yük maşınlarını vuracağıq", - deyə xəbərdarlıq edib.