Gələn həftə Yelisey sarayı Ukraynaya hərbi təlimatçıların göndərilməsini rəsmən elan etmək niyyətindədir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Reuters” Fransanın yüksək vəzifəli diplomatlarına istinadən məlumat yayıb.

“Razılaşmalar üzrə ciddi irəliləyiş əldə olunub və biz gələn həftə nəsə gözləyə bilərik”, - deyə mənbələrdən biri bildirib.

Məlumata görə, Paris Ukrayna Silahlı Qüvvələrinə müvafiq yardım göstərmək istəyən ölkələrin koalisiyasına rəhbərlik etmək niyyətindədir. Fransa bir neçə yüz təlimatçı göndərməyi, eləcə də Ukrayna briqadasını öyrətməyi və təchiz etməyi planlaşdırır. Əlavə edilib ki, təlimdə Qərb tərəfindən ötürülən təyyarələrin dəstəyi ilə mühəndislik və döyüş koordinasiyasına xüsusi diqqət yetiriləcək.