Amerika hərbi məsləhətçiləri Ermənistan, Moldova və Ukraynanın müdafiə nazirliklərinə, eləcə də bu dövlətlərin hakimiyyət orqanlarının tələbi ilə Balkan ölkələrinə göndərilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Intelligence Online" internet portalı məlumat yayıb.

İddia olunur ki, amerikalı müşavirlərin məqsədi getdikləri ölkələrin müdafiə departamentlərini Amerika qüvvələri ilə uyğunlaşdırıb, Rusiya modelindən uzaqlaşdırmaqdır: "Çünki bu ölkələrin hakimiyyət orqanları Moskvanın təsir orbitindən çıxmaq istəyirlər".