24 İyul Bazar ertəsi Türkiyənin Antalya vilayətinin Kəmər rayonunun Göynük Değirmendere Məhəlləsində başlayan meşə yanğınını nəzarət altına almaq mümkün olmayıb.

İqtisadiyyat.az Türkiyə mediasına istinadən xəbər verir ki, quru yolu ilə girişin çətin olduğu bölgədə gün ərzində yanğına müdaxilə edən 4 təyyarə və 20 helikopter hava qaraldıqdan sonra işlərini yarımçıq qoyub.

Bölgədə 3 gecəgörmə qabiliyyəti olan yanğınsöndürmə helikopteri ilə söndürmə işləri davam edir.

Yanğına çoxlu sayda su çiləyici, ağır texnika, canlı qüvvə və yanğınsöndürən maşınlarla qurudan da müdaxilə edilir.

Yanğının yaşayış məntəqələri üçün təhlükə yaratmadığı bildirilib.