Kəlbəcər rayonunda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir.

İqtisadiyyat.az-ın xəbərinə görə, Bərpa, Tikinti və İdarəetmə Xidməti daha bir kəndin bərpası ilə bağlı hazırlıqlara start verib.

Belə ki, Nadirxanlı kənd yaşayış məntəqəsinin 1-ci mərhələ üzrə layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.

Dövlət Xidməti layihə-smeta sənədlərinin hazırlanması işlərini "İntegris" MMC-yə həvalə edib.

Şirkət layihə-smeta sənədlərini 624 220 manata hazırlayacaq.