"Bu gün aprelin 26-da COVID-19 infeksiyasına qarşı vaksin olunmuş jurnalistlərin mobil telefonlarına vaksinin ikinci dozasının mayın 24-də tətbiq ediləcəyinə dair mesaj gəlib".

Bu barədə Mətbuat Şurasından (MŞ) məlumat verilib.

"Məsələ ilə əlaqədar bildiririk ki, Azərbaycan Mətbuat Şurası ilə TƏBİB arasında əldə edilmiş razılığa əsasən həmin jurnalistlərə vaksinin ikinci dozasının mayın 31-də tətbiq ediləcəyi qərara alınıb", - şuradan qeyd olunub.

Xatırladırıq ki, vaksinasiya Mətbuat Şurasında aparılacaq.