İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Liviya, Aralıq dənizi, Tunis və Balkanlardan İtaliyaya qeyri-qanuni mühacirlərin gəldiyini bildirib.


İqtisadiyyat.az xəbər verir ki, Tajani və xarici işlər naziri Mövlud Çavuşoğlu Xarici İşlər Nazirliyində görüşdən sonra keçirilən birgə mətbuat konfransında danışıblar.


Tajani İtaliya ilə Türkiyə arasındakı həmrəyliyi göstərmək istədiklərini və həmkarı Çavuşoğlu ilə uzun müddət görüşdüklərini ifadə edib.


İtaliya və Türkiyənin immiqrasiya ilə bağlı oxşar və əhəmiyyətli problemlərlə üzləşdiyini qeyd edən Tajani, İtaliyaya Liviya, Aralıq dənizi, Tunis, Balkanlardan qeyri-qanuni mühacirlərin gəldiyini ifadə edərək, “Fürsətdən istifadə edərək sizə təşəkkür etmək istəyirəm. Açığı, Türkiyədən çox gələn yoxdur, inanılmaz nəzarət var, bu münasibətlə sizə təşəkkür edirəm” - , deyə bildirilib.


Qeyri-qanuni köçün hər kəsi maraqlandırdığını vurğulayan Tajani terror təşkilatlarının xüsusilə Afrikada təsirli olmağa başladığını və miqrasiya mövzusunda əməkdaşlığı gücləndirəcəklərini bildirib.