İtaliyanın Milli Statistika İnstitutu bu gün yayımladığı hesabatda ölkə əhalisinin sayının 59 milyondan aşağı düşdüyünü bildirib.

Hesabatda həmçinin qeyd olunur ki, Avropa Birliyinin digər üzvləri ilə müqayisədə İtaliyada qocaların sayı sürətlə artır.

İqtisadiyyat.az xəbər verir ki, qurum rəhbəri Giancarlo Blangiardo parlamentdəki müvafiq komissiya iclasında çıxış edərkən qeyd edib ki, 1 yanvar 2022-ci il tarixinə əsasən ölkə əhalisinin sayı azalaraq 58 milyon 983 min nəfərə düşüb.

Onun sözlərinə görə, bu tendensiya 2014-cü ildən bəri müşahidə olunur.

Əhali sayının azalması və yaşlı vətəndaşların sayının artması hökuməti narahat edir.

İtaliya mediası yazır ki, ölkənin baş naziri Giorgia Meloni ailələrə dəstək olmaq məqsədi ilə 2023-cü il büdcəsində uşaq müavinətlərinin artırılmasını təklif edib.