İtaliyanın Ferrara şəhərinin və ətraf ərazilərin sakinlərində koronavirusa qarşı immunitet aşkar edilib.

“La Nuova Ferrara” xəbər verir ki, bu bölgədə inanılmaz dərəcədə az insan koronavirusa yoluxub. Qonşuluqda yerləşən Emiliya-Romanya bölgəsində 14 mindən çox insan koronavirusa yoluxduğu halda, Ferrarada bu göstərici 307-ə bərabərdir. Bu məlumatı Mülki müdafiə xidmətinin komissarı Serco Venturi təsdiq edib. “Ola bilsin ki, məsələ malyariya və ya bu bölgədə yayqın olan talassemiya xəstəliyi ilə bağlıdır”, - deyə S.Venturi vurğulayıb.