İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək konfransın iştirakçıları Kiyevə əməli yardım məsələlərini də müzakirə edəcəklər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan məlumat verib.

"Konfransın digər hissəsi enerji təhlükəsizliyi, oğurlanmış uşaqların geri qaytarılması kimi məsələlərdə Ukraynanın səylərinə əməli dəstək verilməsinə aid olacaq. Ukraynadakı atom elektrik stansiyalarının təhlükəsizliyi məsələsi də müzakirə olunacaq", - deyə Sullivan bildirib.

O əlavə edib ki, ABŞ görüş iştirakçılarından bu məsələlərlə bağlı müəyyən təkan almağa ümid edir.