"İsveçin NATO-ya üzvlüyü məsələsi hələ Macarıstan və Türkiyə parlamentlərinin gündəliyində deyil". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Szijjarto özünün "Facebook" səhifəsində məlumat verib.

"Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşdə əsas mövzulardan biri təbii ki, İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası olub. Bu məsələ hələ heç bir parlamentdə gündəmdə deyil", - deyə Szijjarto yazıb.

Qeyd edək ki, sentyabrın 14-də Szijarto isveçli həmkarı Tobias Billströmə açıq məktub göndərərək xəbərdarlıq edib ki, krallığın hərəkətləri NATO-ya üzvlük yolunda əngəl olmağa davam edir. Nazir mesajda qeyd edib ki, söhbət Macarıstana qarşı qərəzli və ədalətsiz ittihamlardan gedir.