İsveç Finlandiyadan 300-dən çox zirehli maşın alacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsveçin FMV müdafiə təchizat agentliyi məlumat yayıb.

Agentliklə Finlandiyanın "Patria" şirkəti arasında 321 ədəd altıtəkərli zirehli döyüş maşınının alınmasına dair təxminən 470 milyon avro dəyərində müqavilə imzalanıb. 

Yeni texnika İsveç Quru Qoşunlarının Livqardet alayı, eləcə də krallığın bəzi digər bölmələrində istifadəyə veriləcək.