İsrail Nazirlər Kabineti ölkənin xarici işlər nazirinin dəyişdirilməsini təsdiqləyib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, indiyədək nazirliyə rəhbərlik etmiş Eli Koenin yerini buna qədər Energetika Nazirliyinin rəhbəri olan İsrail Katz tutacaq.

"Hökumət bu gün səhər (31 dekabr 2023-cü il bazar günü - red.) nazir İsrail Katzın yerinə nazir Eli Koenin energetika və infrastruktur naziri təyin edilməsini və nazir Eli Koenin yerinə nazir İsrail Katzın xarici işlər naziri təyin edilməsini təsdiqləyib. Təyinatlar Knessetin təsdiqindən sonra qüvvədə olacaq", - deyə məlumatda deyilir.