"ABŞ administrasiyası İsrailə əxlaq və insan haqları dərsi verə bilməz".

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç deyib.

O, həmçinin ABŞ-ni Əfqanıstan və İraqı işğal etməklə "ikiüzlülükdə" günahlandırıb.

İsrailli nazir Vaşinqton administrasiyasının fələstinlilərə qarşı pozuntularla bağlı İsrail hökumətinə ünvanladığı tənqidlərlə bağlı İsrail Ordusu Radiosuna açıqlama verib.

Smotriç ABŞ-nin Əfqanıstan və İraqa hücumlarında etdiyi pozuntulara işarə edib: "Dünyada bizə hücum edən hər kəs münafiqdir".

"Mən amerikalılara və onların Əfqanıstan və İraqda etdiklərinə toxunmaq fikrində deyiləm. Ancaq onlar bizə əxlaqı, insan haqlarını öyrədə bilməzlər. Bu, göz ardı edilə bilməyən ikiüzlülükdür", - nazir qeyd edib.

O qeyd edib ki, Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq üçün fələstinlilərə güzəştə getməyəcəklər.