İsrailin şimalında Livanla sərhəddə yerləşən bəzi məntəqələrdə əhalini mümkün raket hücumları barədə xəbərdar edən həyəcan siqnalları səslənib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Şlomi şəhərində və İsrailin şimalındakı bir sıra yaşayış məntəqələrində siren səsləri eşidilib", - məlumatda deyilir.

Oktyabrın 9-da ordunun mətbuat xidməti eskalasiya başlayandan bəri ilk dəfə olaraq ölkənin şimalında sirenlərin işə salındığını bildirib.